Əsas səhifəXariciÇində ilk sürücüsüz taksinin sınaqları keçirilir
PAYLAŞ

Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Xarici 15 iyul 2020 18:36 1349

Çinin "WeRide" startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksilər servisini istifadəyə verəcək.

Avtoyol.az xəbər verir ki, proqrama Quançjou şəhərində start verilib.

Testlər artıq bir həftədir davam edir və şirkət nümayəndələrinin sözlərinə görə, hər şey plan üzrə gedir. Sınaqların startap nümayəndələrini, hökumət, polis və sərnişinləri qane edəcəyi təqdirdə taksi növbəti aydan etibarən fəaliyyətə başlayacaq.

Məlumata görə, robotlaşdırılmış taksilər müvəqqəti olaraq bir ərazidə işləyəcək. Sürücüsüz avtomobilin hərəkəti operator tərəfindən izlənilərək idarə olunacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda müxtəlif yol vəziyyətlərini öyrənmək, şəhərin bütün ərazilərini, eləcə də robot taksilərin davranış və reaksiyasını daha yaxşı başa düşmək tələb olunur. "Hər şey tam avtomatlaşdırıldıqdan sonra biz operatorlardan imtina edərək yol üzərində nəzarəti robota təqdim edəcəyik", - şirkətdən bildirilib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020