Əsas səhifəXariciL.Norris: Rikkardo ilə bənzəyirik
PAYLAŞ

L.Norris: Rikkardo ilə bənzəyirik

Xarici 22 Avqust 2020 18:53 1150

McLaren komandasının sürücüsü Lando Norris düşünür ki, Daniel Rikkardo ilə yaxşı yola gedəcəklər. 

Avtoyol.az F-1.az-a istinadla xəbər verir ki, Rikkardo növbəti mövsümdə McLaren komandasına keçəcək və britaniyalı sürücü ilə komanda yoldaşı olacaq.

Lando Norris: “Bir-birimizə çox bənzəyirik. İkimiz də avtoidmanı çox sevirik. Təbii ki, işimizi ciddiyə alırıq, amma əylənmək də lazımdır. Lazım olanda işimizə fokuslanırıq və ciddi insanlar oluruq.

Daniel məncə, yaxşı komanda yoldaşı olacaq. Formula1-də yarış qazanıb və ondan çox şey öyrənə bilərəm. Təcrübəsi mənimkindən çoxdur. Hər sürücünün güclü və zəif tərəfləri var. Onunla mübarizə aparmaqçün səbirsizlənirəm. Amma hazırda biz düşmənik. McLaren-ə gələndə də düşmən olacağıq. Bu, Formula1-in bir hissəsidir”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020