Əsas səhifəXariciH.Marko Kvyatdan narazıdır
PAYLAŞ

H.Marko Kvyatdan narazıdır

Xarici 22 Avqust 2020 19:00 780

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko sürücüsü Daniil Kvyatdan narazıdır.

Rusiyalı sürücü keçən il Toro Rosso ilə Formula1-ə qayıtsa da, 21 yarışın 10-da xal almış və 37 xalla 13-cü yeri tutmuşdu. 26 yaşlı pilot bu il 6 yarışın sadəcə ikisində xal alıb və bu yarışlarda 10-cu yeri tutub. Kvyat sıralanma turunda hələ də komanda yoldaşı Qasliyə qarşı üstünlük qazana bilməyib.

Helmut Marko: “Daniil gözləntilərimizi qarşılamır, amma hələ də mövsümün ortasına çatmamışıq. Onun yerinə yarışa biləcək sürücülər var. Formula2-də Yuki Tsunoda və Formula3-də Liam Louson super lisenziya almağa yaxındırlar. Ancaq biz Kvyatı dəyişdirmək barədə düşünmürük”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020