Əsas səhifəXaricimikroavtobus 80 metr hündürlükdən düşdü; 17 ölü, 3 yaralı
PAYLAŞ

mikroavtobus 80 metr hündürlükdən düşdü; 17 ölü, 3 yaralı

Xarici 24 Avqust 2020 08:51 1610

Mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki,  hadisə Gürcüstanın Duşetsk bələdiyyəsinin Biso kəndi yaxınlığından keçən “Şatili” yolunda qeydə alınıb. Bu barədə avqustun 23-də ölkə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dağlıq ərazidə yerləşən yolda, sürücünün idarəetməsindən çıxan mikroavtobus, 80 metrlik hündürlükdən uçuruma yuvarlanıb. Qəza nəticəsində 17 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. 

Yaralılar, xilasedicilərin köməkliyi ilə deformasiyaya uğramış mikroavtobusdan çıxarılıblar və  təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

Nəqliyyat vasitəsinin içərisində və qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Respublika prezidenti Salome Zurabişvili və baş nazir qəzada dünyasını dəyişən insanların ailəsinə və yaxınlarına baş sağlığı verib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020