Əsas səhifəNəqliyyatBNA yanında İctimai Şuranın üzvlüyünə namizədlərin seçilməsinə dair ELAN
PAYLAŞ

BNA yanında İctimai Şuranın üzvlüyünə namizədlərin seçilməsinə dair ELAN

Nəqliyyat 24 Avqust 2020 14:10 1695

Bakı Nəqliyyat Agentliyi fəaliyyət istiqamətləri üzrə texniki və hüquqi layihələrin hazırlanması və qəbulu zamanı ictimai iştirakçılığın və nəzarətin təşkili məqsədilə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə İctimai Şuranın tərkibinin müəyyən edilməsi prosesinə başlamışdır.

 

Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin 10-12-264 nömrəli 18 avqust 2020-ci il tarixli əmri ilə Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi, İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilmişdir.

 

Belə ki, Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 24.08.2020-ci il tarixindən 23 sentyabr 2020-ci il tarixinədək qeydiyyat aparılacaq.

 

İctimai Şuranın üzvlüyünə namizədliyin irəli sürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

- Namizəd fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda reyestrdən çıxarışın surəti;

 

Fiziki şəxslərə dair əlavə məlumatlar:

- Namizədin tərcümeyi-halı;

- Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda təşkilat tərəfindən namizədin irəli sürülməsi barədə müraciəti, həmin üzvlüyü təsdiq edən sənədin surəti.

 

Hüquqi şəxslərə dair əlavə məlumatlar:

- Nizamnaməsinin surəti.

 

Namizədin bu sahədə təcrübəsini əhatə edən digər sənədlər müraciətə əlavə oluna bilər.

 

Seçki ilə əlaqədar müraciətlər Bakı Nəqliyyat Agentliyinə poçt və ya rəsmi elektron poçt ünvanı ([email protected]) vasitəsi ilə ünvanlanmalıdır.

 

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov pr. 111

Tel: (+994 12) 404 41 20

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020