Bakı Nəqliyyat Agentliyi Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir.
Agentlik tərəfindən küçə və prospektlərimizdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib.
Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.
İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər