Əsas səhifəNəqliyyat“ADY Express” 8500 ton bitumun Ukraynaya ixracını həyata keçirib
PAYLAŞ

“ADY Express” 8500 ton bitumun Ukraynaya ixracını həyata keçirib

Nəqliyyat 25 Avqust 2020 10:36 1850

ADY Express” MMC yeni növ ixrac yüklərinin daşınma gprosesini davam etdirir.

Avtoyol.az xəbər verir ki, MMC-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan bitum Ukraynaya nəql edilməyə başlayıb.

Layihə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin birgə layihəsidir. İlkin olaraq ümumilikdə 8500 ton bitum 130 çən vaqona yüklənərək Ukraynaya göndərilib. “ADY Express” tərəfindən təqdim olunan vaqonlar, Heydər Əliyev adına Neft Emalı Zavodunda bitumla yükləndikdən sonra yola salınıb.

Çən vaqonlar Azərbaycandan Gürcüstana oradan Qara dənizdən bərə vasitəsilə keçərək Ukraynanın Orlovşina və Vasilkov stansiyasına çatdırılır. Daşıma prosesi 2 mərhələdən ibarət olub. 1-ci mərhələdə 4500 ton bitum 70 çən vaqona yüklənərək yola salınıb, 2-ci mərhələdə 4000 ton yük 60 vaqona yüklənərək daşımaya start verilib.

Azərbaycandan Ukraynaya bu növ yüklərin davamlı nəql edilməsi nəzərdə tutulub.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020