Əsas səhifəÖlkəPaytaxtda 6630 metr uzunluğu olan küçə və yol təmir olunub - FOTO
PAYLAŞ

Paytaxtda 6630 metr uzunluğu olan küçə və yol təmir olunub - FOTO

Ölkə 25 Avqust 2020 14:19 2364

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində geniş miqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Avtoyol.az xəbər verir ki, proqrama uyğun olaraq ayrılmış vəsait hesabınaə, Nərimanov rayonunun ümumi uzunluğu 3.4 km olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1.2 km-lik yollarının, ümumi uzunluğu 3.6 km olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” y/massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 0.5 km-lik yolunun, “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 0.56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq küçə və yolların böyük əksəriyyəti tam şəkildə təmir olunub.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Artıq sözügedən işlər çərçivəsində Nərimanov rayonu üzrə Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1200 metrlik yollarının, ümumi uzunluğu 3600 metr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” y/massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 500 metrlik yolunun, “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 560 metr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan, paytaxtın iki böyük prospekti – Heydər Əliyev və Ziya Bünyadov prospetlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik yolu olan Əliyar Əliyev küçəsində yenidənqurma işlər davam etdirilir. Küçənin uzunluğu 2500 metr təşkil edir.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.

Küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi yaxın müddət ərzində icra olunacaq. Daha sonra küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib.


MƏNBƏ: aayda.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020