Əsas səhifəXarici“McLaren” bütövlükdə elektrik mühərriklərə keçəcək
PAYLAŞ

“McLaren” bütövlükdə elektrik mühərriklərə keçəcək

Xarici 25 Avqust 2020 23:02 1128

“McLaren” şirkəti 2030-cu ilədək ənənəvi mühərriklərdən imtina edərək bütövlükdə elektrik, yaxud hibrid avtomobil istehsalına keçmək niyyətindədir.

Avtoyol.az “Report” -a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Maykl Fluit məlumat verib.

“Biz yanacaq mühərriklərini qarşıdakı on il ərzində hazırlayacaq, 15 il ərzində satacağıq, lakin təqribən 2035-ci ilədək dünyanın əksər hissəsində artıq bütövlüklə elektromobillərə keçiləcəyini gözləyirik”, - o deyib.

İlkin olaraq hibrid avtomobilləri buraxmağı nəzərdə tutan şirkət sırf elektrik avtomobil istehsalına sonrakı mərhələdə keçmək niyyətindədir.

Bununla yanaşı, “McLaren” avtomobillərinin hissələrinin də ölkə daxilində istehsalını artırmaq hədəflənir. Şirkət rəhbərinin dediyinə görə, yeni modellərdə belə hissələrin payı 60 faizə çatdırılacaq ki, bununla da əlavə rüsum ödəmək zərurəti ortadan qalxacaq.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020