Əsas səhifəXariciPandemiya dövründə hərraca çıxarılan avtomobil REKORD MƏBLƏĞƏ SATILDI
PAYLAŞ

Pandemiya dövründə hərraca çıxarılan avtomobil REKORD MƏBLƏĞƏ SATILDI

Xarici 25 Avqust 2020 23:11 1487

Koronavirus infeksiyası səbəbindən onlayn sistemdə keçirilən auksionlar, rekord satışların şahidi olub.

Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, hərraclarda satılan klassik avtomobillər, günümüzdə “sıfır” kilometr olaraq satılan ən bahalı maşınları belə geridə qoya bilir.

Belə ki, keçdiyimiz günlərdə “Gooding & Co” şirkətinin keçirdiyi onlayn hərracda bənzər satış həyata keçirilib. 1966-cı il model “Ferrari 275 GTB Long Nose” 3,08 milyon dollara (5,101,360 manat) satılaraq, bu günə kimi onlayn hərracda satılan ən bahalı avtomobil adına sahib olub.

Bildirilir ki, sözügedən markadan sadəcə 206 ədəd istehsal edilib.

Onlayın auksionlarda satılan ən bahalı avtomobil adını, indiyədək 2003 model “Ferrari Enzo” əlində saxlayırdı. Sözügedən maşın 2 ay öncə 2,6 milyon dollara alıcı tapmışdı.

Qeyd edək ki, pandemiyadan əvvəlki dövrlərdə gerçəkləşən hərraclarda isə 1962-ci il model “Ferrari 250 GTO” 2018-ci ildə 48,5 milyon dollara satılaraq ən yüksək məbləğə çatmışdı.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020