Əsas səhifəXariciCadillac Lyriq modelinin yükləmə portunu nümayiş etdirib - FOTO
PAYLAŞ

Cadillac Lyriq modelinin yükləmə portunu nümayiş etdirib - FOTO

Xarici 26 Avqust 2020 07:10 1967

Cadillac şirkəti ilk seriya elektromobili olan Lyriq krossoveri ətrafında cərəyan edən ehtirasları körükləməyə davam edir. Xatırladaq ki, Cadillac Lyriq modelinin təqdimatı 6 avqust tarixində onlayn şəkildə keçiriləcəkdir. Odur ki, amerikan istehsalçısı növbəti tizerləri dərc edərək modelə olan marağı artırmağa çalışır.

Birinci tizerdə, qeyri-adi formalı qapaöın altında, kuzovun ön sol tərəfində yerləşən cərəyan yükləmə portu nümayiş etdirilib. Porta daxil olmaq üçün, yuxarıdakı düyməni basaraq qapağı təkərə tərəf sürüşdürmək gərəkdir. İkinci tizerdə isə, mürəkkəb dizayna malik olan yeddi milli təkər diskləri təsvir edilir.

Avtoyol.az Milli.Az-a  istinadən bildirir ki, Cadillac Lyriq krossoveri General Motors konserninin miqyaslanan platformasına əsaslanır və amerikan konserninin öz məhsulu olan müasir Ultium batareya sistemi ilə təchiz edilmişdir. Ultium batareya sisteminin gücü 50 ilə 200 kilovat-saat arasında dəyişir, sistem 400 və ya 800 volt gərginlik altında işləyir və 350 kilovata qədər elektrik yüklənməsini dəstəkləyir. Yeni platforma ön, arxa və tam ötürməli elektromobillər üçün nəzərdə tutulmuşdur, lakin Cadillac Lyriq modelinin hansı növ ötürməni alacağı məlum deyil.

Bir müddət bundan öncə, Cadillac şirkəti Lyriq krossoveri üçün yaradılmış nəhəng ekranın şəklini dərc etmişd. Diaqonalı 33 düym olan bütöv qatlanmış ekran bir-birinə rəvan şəkildə keçən üç məlumat zonasına bölünəcəkdir. Ekranın sükanın sol tərəfindəki hissəsi bildirişlər, işıqlandırma nəzarəti və ekran tənzimləmələri üçün ayrılmışdır. Sükan arxasında virtual cihazların paneli, sağdakı sahədə isə naviqator və multimedia sistemi tutacaqdır.

Cadillac, eni təxminən 90 santimetr olan bir ekranda vahid görüntünün əks etdirilməsi imkanını saxlayıb: bu funksiya Lyriq dayandıqda və ya batareyanın doldurulması zamanı əlçatan olacaqdır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020