Əsas səhifəÖlkəBakı metrosu açılır? - Rəsmi cavab
PAYLAŞ

Bakı metrosu açılır? - Rəsmi cavab

Ölkə 26 Avqust 2020 16:57 1182

Metronun işləməməsi ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərini çətin vəziyyətə salıb. Səhər işə, axşam evinə tələsən insanlar avtobuslarda basabasda gedib-gəlir. Virusun yayılmasının qarşısını almaq üçün maska taxılması isə dolu avtobuslarda gülünc tədbir mahiyyətindən uzağa getmir. Maskaların əksəriyyəti çənənin altında olur. Ağız-burnunu örtənlər də hər 5-10 dəqiqədən bir maskanı aşağı çəkib çiyər dolusu nəfəs alır və bütün sərnişinlərə çatacaq qədər hava buraxır. Bir sözlə, avtobuslarda vəziyyət acınacaqlıdr. Avtobusların sayının nə qədər çox olduğunu deyə bilmərik. Amma gec-gec və qapısına kimi dolu gəlirlər. Buna görə də əhali metronun açılmasını dördgözlə gözləyir. Bəs metronun sentyabrın 1-dən açılma ehtimalı varmı? Hazırlıqla bağlı quruma tapşırıq verilbmi?Mövzü ilə bağlı Lent.az -ın sualına cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun açılması ilə bağlı qərarın quruma aid olmadığını xatırladıb.

Əlavə edib ki, bu günə hələ ki heç nə deyilməyib: “Metroda iş elə qurulub ki, adi rejimdə hərəkəti təmin etmək üçün bütün infrastruktur hazır vəziyyətdə saxlanılır. Adi iş rejimi üçün məcburiyyət yaransa, metronun bir gün ərzində fəaliyyətə başlamasında problem olmaz. Təbii ki, daha rahat işi təmin etmək üçün adi iş rejimi qaydasında 2-3 gün əvvəl olsa, hər şeyi rahat təmin etmək olur. Çünki metroda müəyyən təlimat və digər normativ tələblərin, texniki-istismar qaydalarının şərtlərinə uyğun əmrlər, tapşırıqlar verilir. Lakin yenə də deyirəm ki, adi iş rejiminə metro hazır saxlanılır”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə suala cavab olaraq deyib ki, bu barədə məlumatı yoxdur. 


MƏNBƏ: modern.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020