Əsas səhifəÖlkəBakıda maskaya görə sürücünü döyən sərnişin həbs edildi
PAYLAŞ

Bakıda maskaya görə sürücünü döyən sərnişin həbs edildi

Ölkə 26 Avqust 2020 17:04 1730

13 nömrəli marşrut avtobusunda ona maska taxmasını deyən sürücünü vuran sərnişinin cəzası bəlli olub.

Qafqazinfo-nun verdiyi xəbərə görə, sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.

O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib. 

“İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub”. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İdarənin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb. O, etdiyi əməldən peşman olduğunu, hər kəsdən üzr istədiyini deyib.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020