Əsas səhifəÖlkəBir qayda pozdu, iki qat cərimələndi
PAYLAŞ

Bir qayda pozdu, iki qat cərimələndi

Ölkə 27 Avqust 2020 07:21 1204

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.

Avtoyol.az "Report"-a istinadla xəbər verir ki, F.Cahangirov bu barədə sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, metronun "28 may" stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol  Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.

Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.

Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.

Fotoları təqdim edirik.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020