Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.
Avtoyol.az "Report"-a istinadla xəbər verir ki, F.Cahangirov bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Belə ki, metronun "28 may" stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.
Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.
Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.
Fotoları təqdim edirik.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər