Əsas səhifəXariciLand Rover Discovery Sport modelini yeniləyib
PAYLAŞ

Land Rover Discovery Sport modelini yeniləyib

Xarici 27 Avqust 2020 08:04 1839

Böyük Britaniyada yenilənmiş Land Rover Discovery Sport krossoverlərinin satışlarına başlanıb. Modelin dizel mühərrikləri çeşidini yenidən nəzərdən keçirilib, bundan başqa,multimedia sistemi yenilənib və 290 at qüvvəli turbomühərrikə malik olan Black indeksli yeni versiya modifikasiya çeşidinə əlavə edilib.

Avtoyol.az autograph.az-a istinadla xəbər verir ki, Land Rover Discovery Sport modelinin baza versiyasının təchiz edildiyi dördsilindrli dizel mühərrikinin gücü 150 at qüvvəsindən 163 qüvvəsinə qədər artırılıb. Gücün artmasına baxmayaraq, mühərrikin fırlanma anı eyni qalıb - 380 Nm. Modifikasiyanın indeks də dəyişib: D165. D180 modifikasiyası artıq D200 indeksini daşıyır və 204 at qüvvəsinə (430 Nm) sahib olan Ingenium dizel mühərriki ilə təchiz edilir.

Baza aqreqatı mexaniki və ya avtomatik transmissiya, daha güclü mühərrik isə yalnız avtomatik transmissiya ilə təklif olunur. Əvvəllər olduğu kimi, tamötürməli Discovery Sport modelləri 48 voltluq startyor-generatoru olan MHEV sistemi ilə təchiz ediliblər.

Digər bir yenilik 290 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikin geri dönməsidir. Bu mühərrik qara rəngli eksteryer tərtibatına, 20-düymlük təkər disklərinə və zəngin standart təchizata malik olan Discovery Sport Black versiyasına quraşdırılacaqdır.

“Qaya” krossover 100 km/saat həddini 7.4 saniyəyə toplayır ki, bu da top versiya sayılan P300e hibridinin sürətlənmə zamanından 0.8 saniyə yavaşdır. Yenilənmiş avtomobillərdə yeni Defender modelində olduğu kimi fərqli  sükan çarxı, Pivi və Pivi Pro multimedia sistemləri quraşdırılacaqdır. Bu sistemlər “hava” vasitəsilə yenilənır və Bluetooth vasitəsilə eyni zamanda iki smartfonun qoşulmasını təmin edirlər.

Bundan əlavə, istehsalçı Discovery Sport modelini mərkəzi displeydə keyfiyyət indikatoru olan ağıllı hava filtrasiyası sistemi, avtomatik əyləcləmə funksiyası olan arxa tərəfdəki köndələn hərəkətə nəzarət sistemi  və qabaqcıl  dairəvi müşahidə kameraları ilə təchiz etməyə başlayıb. 30 km/saat həddinə qədər olan sürətlərdə ətraf məkanın üçölçülü vizual görüntüsü cihazlar panelində göstərilir.

Yenilənmiş krossoverlərə sifarişlər artıq qəbul edilir. Britaniyada modelin qiymətləri 31.915 funt sterlinqdən başlayır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020