Əsas səhifəXariciJeep hibrid aqreqatlı Wrangler modelinin növbəti tizerini dərc edib
PAYLAŞ

Jeep hibrid aqreqatlı Wrangler modelinin növbəti tizerini dərc edib

Xarici 27 Avqust 2020 08:08 1640

Jeep şirkəti Wrangler modelinin qoşulan hibrid (PHEV) versiyasının təsvir edildiyi növbəti qısa videoçarxı yayımlayıb. Videoçarxla bərabər hibrid ofrouderin debüt tarixi də bildirilib - 4xe indeksini alacaq ofrouder dekabr ayında debüt edəcəkdir.

15 saniyəlik videoda hibrid aqreqatlı Jeep Wrangler uçurumun kənarında dayanıb. Tizerdə heç bir təfərrüatlar açıqlanmasa da, əsas diqqət avtomobilin kapotunun üzərində həkk olunmuş "4xe" yazısına yönəldilir. 

Hibrid güc qurğusu barədə hələlik məlumat verilməyib. İlkin məlumatlara görə, Wrangler 4xe modeli 3,6-litrlik V6 benzin mühərrikindən və avtomobilin altındakı xüsusi mühafizə olunan bölmədə yerləşdiriləcək elektromotordan ibarət olacaqdır.


https://youtu.be/kjKnSEx_8ww


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020