Əsas səhifəXariciMinik avtomobili “təcili tibbi yardım” maşınını aşırdı
PAYLAŞ

Minik avtomobili “təcili tibbi yardım” maşınını aşırdı

Xarici 27 Avqust 2020 11:16 1390

Başqırdıstan Respublikasının Ufa şəhərində “təcili tibbi yardım” maşınının və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Nevsk və Pervomaysk küçələrinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, sirenasını yandıraraq yol kəsişməsindən keçməyə çalışan “təcili tibbi yardım” maşınına, sürətlə hərəkətdə olan “Geely MK Cross” markalı avtomobilin çırpıldığı görülür.

Zərbənin təsirindən “təcili tibbi yardım” maşını yan üstə aşır.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində “təcili tibbi yardım”da olan feldşer və  bir yaşında uşaq xəsarətlər alıb.

Yaralılar, hadisə yerinə çağırılan digər tibbi maşınla xəstəxanaya çatdırılıblar.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020