Əsas səhifəÖlkəTransxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin növbəti iclası keçirilib
PAYLAŞ

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin növbəti iclası keçirilib

Ölkə 27 Avqust 2020 16:05 1403

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) videokonfrans şəklində növbəti iclası keçirilib.

“ADY Express” MMC-dən bildirilib ki, tədbirdə Azərbaycan dəmiryolçuları tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov və QSC-nin törəmə şirkətləri olan “ADY Express” və “ADY Container” MMC-lərin rəhbərləri iştirak ediblər.

Videokonfrans zamanı “Azərbaycan Dəmir Yolları” QSC və “Qazaxıstan Temir Jolı” SC-nin birgə təşəbbüsü olan, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində rəqəmsal dəhlizin yaradılması, marşrutda yüklərin nəqli zamanı kağızsız sənəd dövriyyəsi ilə bağlı reallaşdırılan pilot layihəsinin fəaliyyətinə dair hesabat dinlənilib. Beynəlxalq rəqəmsal dəhlizin yaradılması ilə bağlı ümumi konsepsiyanın işlənilərək, TBND-nin ümumi iclasında qəbul olunmasına dair qərar qəbul edilib.

Bundan başqa, TBND-də birgə müəssisənin yaradılmasına dair tapşırığın yerinə yetirilməsi məsələsinə baxılıb və cari ilin 7 ayında Aktau-Bakı-Aktau marşrutu üzrə xidmət göstərən fider xəttinin fəaliyyəti haqqında “Kazmortransflot” şirkətinin hesabatı dinlənilib. İclasda eyni zamanda, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində 2020-ci ilin axırına qədər qüvvədə olacaq kömür və koks yüklərinin vaqonla daşınmasına dair tariflər müəyyən edilib. Cari məsələlərlə yanaşı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə TRACECA dəhlizi arasında əməkdaşlıq haqqında memorandum da müzakirə edilib. Sonda iclasın yekununa dair protokol qəbul olunaraq imzalanıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020