Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Avtoyol.az xəbər verir ki, tıxacın yaranması Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması ilə bağlıdır.
Hazırda Bakı-Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.
Bakı-Sumqayıt istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər