Əsas səhifəÖlkəBakı-Sumqayıt yolunda tıxac yaranıb
PAYLAŞ

Bakı-Sumqayıt yolunda tıxac yaranıb

Ölkə 27 Avqust 2020 19:07 1258

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.  

Avtoyol.az xəbər verir ki, tıxacın yaranması Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması ilə bağlıdır.

Hazırda Bakı-Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.

Bakı-Sumqayıt istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020