Əsas səhifəXariciPolis əməkdaşı sürücü tərəfindən bıçaqlandı
PAYLAŞ

Polis əməkdaşı sürücü tərəfindən bıçaqlandı

Xarici 28 Avqust 2020 08:51 1296

Hüquq-mühafizə orqanlarının əməkdaşları, yolda baş verən insident nəticəsində yol polisi əməkdaşını bıçaqlayan şəxsi axtarır. Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə görüntüləri avqustun 26-da Rusiyanın Vladivostok şəhərində,  “Pobeda” parkı yaxınlığında qeydə alınıb.

Kadrlarda, iki nəfərin ağ rəngli avtomobilə doğru hərəkət edərək, hələlik məlum olmayan səbəblərdən sürücüyə yumruq-təpik zərbələri endirdikləri görülür. 

Bundan sonra sürücü avtomobildən çıxaraq əlindəki bıçaqla qara qısaqol köynəkdəki kişiyə xəsarətlər yetirir və ardınca da hadisə yerindən yayınır.

Əlindən və ayağından bıçaq yaraları alan şəxs həmin vaxt xidmətdə olmayan Yol Patrul Xidmətinin əməkdaşıdır.

Bildirilir ki, çoxlu qan itirən polisin vəziyyəti ağırdır.

Yerli KİV-in məlumatına görə, polislər artıq hadisəni törədən şəxsin “Kudo” şərq döyüş növü üzrə məşqçi olduğunu müəyyən ediblər. Hazırda onun axtarışları davam etdirilir


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020