Cari nəsil Mercedes-Benz SL rodsteri alman markasının ən qocaman modellərindən biri sayıla bilər: zavoddaxili R231 indeksinə malik olan model səkkiz ildən çoxdur istehsal olunur. Son vaxtlara qədər avtomobilin birbaşa varisi olmadan yerini sonrakı nəsil Mercedes-AMG GT kupesinə təhvil verəcəyi barədə şayiələr dolaşırdı, lakin şirkət SL modelinin təhlükədə olmadığını rəsmi şəkildə təsdiqləyib.
Üstəlik bu məlumat, seriyaöncəsi avtomobilin bir neçə rəsmi "casus" şəkillərini yayımlamaqla dəstəklənib. Qeyd etmək lazımdır ki, artıq prototiplərin başa çatdırılması sınaqlarına start verilib.
Ancaq texniki baxımdan, gələcək SL rodsteri həqiqətən də Mercedes-AMG GT kupesinin qohumu olacaqdır: ilkin məlumata görə, avtomobillər ümumi platformada qurulacaq və demək olar ki, eyni güc qurğuları ilə təchiz ediləcəkdirrlər. Rodsterin seriya versiyası AMG bölməsi tərəfindən hazırlanır və buna görə də, nəsil dəyişikliyindən sonra, rodsterin Mercedes-AMG SL adlandırılacağı və qatlanan ağır dam əvəzinə yumşaq tavana sahib olacağı gözlənilir.
Mersedes-Benz şirkətinin nümayəndələri mühərrik çeşidi, istehsala və satışa başlama vaxtı ilə bağlı təfərrüatları bölüşməyə tələsmirlər - görünür, yeni nəsil rodsterin rəsmi təqdimatl 2021-ci ildən tez keçirilməyəcəkdir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər