Əsas səhifəAvtomobil Yollarıİki milyonluq nadir “Aston Martin” qaçırıldı; tapana mükafat veriləcək
PAYLAŞ

İki milyonluq nadir “Aston Martin” qaçırıldı; tapana mükafat veriləcək

Avtomobil Yolları 28 Avqust 2020 13:36 1549

İngiltərədə ən nadir klassik kupe “Aston Martin DB5” qaçırılıb.

Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, bu model Ceyms Bondun ən tanınmış avtomobillərindən hesab edilir, belə ki, onun nüsxələrindən biri, 1964-cü ildə baş rollarda Şon Konnerin də oynadığı “Qoldfinqer” filmində çəkilib.

Məlumata görə, 1965-ci ilə aid bu modeldən isə cəmi 123 nüsxə istehsal olunub, onun qiyməti 1 milyon funt sterlinqdir (2,253,900 manat).

Bildirilir ki, avtomobil bu ilin iyulun 18-də Çeşir qraflığında yerləşən Uilmslou şəhərindən qaçırılıb.

Müstəntiqlər oğurlanan avtomobili ingilis tarixinin bir parçası və Ceyms Bondla ayrılmaz şəkildə əlaqəli olan milli xəzinə kimi dəyərləndiriblər.

Avtomobillə bağlı hər hansı bir məlumat verənə, istintaqçılar 1 000 funt sterlinq məbləğində  mükafat da təklif edib.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020