Azərbaycanda sığorta sektorunu tənzimlənməsi ilə bağlı yeniliklər olacaq.
Avtoyol.az xəbər verir ki, bu barədə “MediaPost”a açıqlamasında sığorta eksperti İlkin İbrahimov bildirib. Onun sözlərinə görə, yeniliklər həm sektora nəzarətin gücləndirilməsi, həm də sığorta mübahisələrinin daha sürətli həlli ilə bağlı olacaq.
Ekspert qeyd edib ki, bu barədə AMB-də «Sığora fəaliyyətinə nəzarət» və «İstehlakçılarla iş» departamentinin rəhbərliyi ilə görüşlərdə bildirilib. Belə ki, hazırda AMB tərəfindən bəzi sahələrdə yeniliklərə hazırlıq görülür. Bunlar aşağıdakılardır:
- Sığorta fəaliyyətinin inkişafı və ona nəzarət mexanizmləri üçün qanunvericiliyə təkliflər hazırlanır.
- Daha çox şikayət olunan sığorta şirkətləri xüsusi nəzarətə götürülür
- Müstəqil ekspertlərin bilik və bacarıqlarının artırılması üçün yaxın zamanlarda onlara bir neçə təlimlərin keçirilməsi. Müstəqil ekspertlərin siyahısında olan ekspertlərlə fərdi görüşlərin keçirilməsi və onların bu sahə üzrə təklifləri qeydə alınır.
- lisenziyalı sığorta agentləri üçün də müəyyən müddətdən bir təlimlərin keçirilməsi habelə onların da təklif və şikayətlərinin dinlənilməsi nəzərdə tutulur.
- Qanunvericilikdə olan boşluqlar və bu boşluqlardan istifadə olunaraq istehlakçıların hüquqlarının pozulduğu hissələrlə bağlı müəyyən təkliflərin hazırlanması.
Görüş zamanı bildirilib ki, AMB-nin «İstehlakçılarla iş» Departamentinə pandemiya dövründə 2000 müraciət edilib və 400 şikayət üzrə istehlakçılara 550 min manatdan çox kompensasiya ödənilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər