Əsas səhifəQəzaVertolyot evin üzərinə düşdü
PAYLAŞ

Vertolyot evin üzərinə düşdü

Qəza 28 Avqust 2020 19:29 931

“Bell” tipli özəl vertolyot evin üzərinə düşüb.

Avtosfer.az-ın xəbərinə görə, hadisə Nigeriyada Laqos şəhərində qeydə alınıb. Bu barədə “Vanqard” qəzeti məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların hamısı vertolyotda olanlardır.

Hadisə zamanı evin damı və yaxınlıqda park edilmiş avtomobil də zərər görüb.

Hüquq-mühafizə orqanları tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020