Dünən yanacaqdoldurma stansiyalarının birində rastlanan şutinq-breyk kuzovlu Rolls-Royce Wraith modelinin şəkillərini dərc etmişdik. Bu gün sirli avtomobilin hansı şirkət tərəfindən hazırlandığı məlum olub. Yeni şutinq-breykin yaradıcısının Carat Duchatelet kuzov atelyesidir. Avtomobilin xarici dizaynı, eyni adlı şirkətin sahibi olan dizayner Nils van Roya tərəfindən hazırlanıb.
Carat Duchatele və Niels van Roij Design firmaları birgə məhsullarını Silver Spectre adlandırıblar. Wraith modelini klassik İngilis avtomobillərinin üslubunda olan şutinq-breykə çevirmək üçün dam və arxa dirəklər tamamilə yenidən işlənib, həmçinin şüşələri və baqaj qapağını qapağını sıfırdan yaratmaq gərək olub. Salonun şəkilləri dərc edilməsə də, universalın 2 + 2 oturacaq formulunu aldığı və ikinci sıranın oturacaqlarının arasındakı bölmədən baqaja girişin mövcud olduğu məlumdur.
Tərəfdaşlar cəmi yeddi nüsxədə Silver Spectre universalını inşa etməyi planlaşdırırlar. Wraith kupesinin şutinq-breykə çevrilməsinin qiyməti hələlik açıqlanmayıb.
Nils van Roy seriya avtomobillərinə əsaslanan layihələri ilə məşhurdur. Məsələn, 2018-ci ildə dizayner, Tesla Model S elektrokarının bazasında inşa edilmiş şutinq-breyki yaradıb. Bir il sonra isə, şirkət Ferrari 250 GT SWB Breadvan üslubunda şutinq-breyki təqdim edib. 2020-ci ildə Niels van Roij Design şirkəti üçqapılı Range Rover ofrouderinin ilk nüsxəsini nümayiş etdirib. Üçqapılı Range Rover modelinin 100 nüsxəlik tirajla buraxılmaq planlaşdırılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər