Əsas səhifəXariciTesla-nın yeni nailiyyətləri
PAYLAŞ

Tesla-nın yeni nailiyyətləri

Xarici 29 Avqust 2020 09:24 987

Buy Shares şirkətinin analitikləri Tesla şirkətinin yeni nailiyyətlərindən danışıblar. Baxmayaraq ki, Tesla hər ay satdığı və ümumi istehsal etdiyi elektromobillərin sayları barəsində məlumat vermir, bu ilin ilk 6 ayı ərzində ABŞ-da satılmış elektromobillərin 81.66%-i məhz Tesla-nın payına düşüb. Tesla şirkətinin lider mövqeləri xüsusi olaraq təəccübləndirir. Belə ki, şirkət keçən ilin noyabr ayında vergi imtiyazlarından azad edilmişdi. Bu barədə Electrek saytı xəbər verib. Bu ilin ilk 6 ayı ərzində ABŞ-da ümumilikdə 87.000 ədəd elektromobil satılıb. Onlardan 71.000-i Tesla-ya məxsusdur.

Avtoyol.az Milli.az-a istinadən xəbər verir ki, Tesla ən çox satılmış elektromobillər reytinqində ilk üç yerin üçünü də tutub. Bekəliklə birinci yerdə Model 3 (38.000 ədəd), ikinci yerdə Model Y (18.000 ədəd), üçüncü yerdə isə Model X (9500 ədəd) qərarlaşıb. Reytinqin dördüncü pilləsini Chevrolet şirkətinin büdcəli Chevy Bolt modeli, beşinci pilləsini isə Tesla-nın Model S modeli tutub. Qeyd etmək lazımdır ki, Tesla müştəriləri 7500$ dəyərində olan vergi imtiyazlarından istifadə edə bilmirlər.

ABŞ qanunvericiliyinə əsasən alıcılar elektromobil alışında 7500$ endirimi yalnız o halda əldə edirlər ki, şirkət 200.000-dən çox elektromobil satmış olmasın.Tesla isə bu göstəricini 2018-ci ilin ortasında keçib. Bu səbəbdən də vergi imtiyazı 3750$-a endirilmişdi. 2019-cu ildə alıcı üçün endirim qiyməti 1875$-a endirilmişdi. Bu ilin əvvəlində isə Tesla dövlət tərəfindən təqdim olunan endirim paketlərindən azad edildi. Buy Shares şirkəti Tesla-nın uğurlarını bir neçə faktorla əlaqələndirir. Tesla hal hazırda yüksək bazar dəyərləndirməsinə sahibdir. Bu isə öz növbəsində investorların və alıcıların etibarlarının yüksəlməsinə səbəb olur.

Bununla yanaşı Tesla elektromobil istehsalı sahəsində takamül reallaşdırıb. Belə ki, şirkət mühəndisləri elektrikli nəqliyyat növünü kommersiyalaşdıra bildilər və infrastrukturu inkişaf etdirməyə başladılar. Burda həmçinin Tesla-nın nüfuzu da rol oynayır. Elon Musk, Tesla-nın simasıdır. O mütəmadi olaraq müsahibələr verir, nəqliyyat növünün elektrikləşdirilməsinin vacibliyindən danışır, bu ideyanı inkişaf etdirir və SpaceX, Neuralink, The Boring Company kimi şirkətlərə rəhbərlik edir. Buna görə də Tesla həmişə diqqət mərkəzindədir və ümumilikdə texnoloji tərəqqi ilə eyni səviyyədə tutulur.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020