İşçiləri daşıyan avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
Avtoyol.az DHA-ya istinadən xəbər verir ki, hadisə avqustun 28-də səhər saatlarında Eskişehir-Ankara avtomagistralının avtovağzal istiqamətindən keçən hissəsində qeydə alınıb.
Fabrik işçilərini daşıyan, Məhmət İlikin idarə etdiyi 26 S 0283 qeydiyyat nömrə nişanlı avtobus, idarəetmədən çıxaraq yol kənarındakı istiqamətgöstərici lövhəyə çırpılıb.
Zərbənin şiddətindən aşan avtobus deformasiyaya uğrayıb.
Qəza nəticəsində 2 nəfər ölüb, daha 12-si isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər