Əsas səhifəÖlkəSumqayıtda dezinfeksiya işləri aparılır
PAYLAŞ

Sumqayıtda dezinfeksiya işləri aparılır

Ölkə 29 Avqust 2020 10:24 961

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Avtoyol.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən səhər saatlarında əsas küçə və prospektlərdə  xüsusi texnika ilə  dezinfeksiyaedici məhlullarla yuyulur. Şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.

Sənan İmanov


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020