Əsas səhifəÖlkəDövlət Yol Polisi: “Rayon camaatı elə başa düşməsin ki...”
PAYLAŞ

Dövlət Yol Polisi: “Rayon camaatı elə başa düşməsin ki...”

Ölkə 29 Avqust 2020 15:45 2105

"Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək”.

Avtoyol.az xəbər verir ki, bunu Qaynarinfo-ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev xüsusi karantin rejiminin uzadılması ilə bağlı qaydaları şərh edərkən deyib. Onun sözlərinə görə, əvvəlki qaydalara uyğun olaraq, rayonlardan Bakıya gediş-gəlişə icazə verilməyib:

"Qərarda göstərilir ki, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır. Bu o deməkdir ki, adı çəkilən rayonların vətəndaşları digər inzibati ərazilərə gediş-gəlişdə azaddır. Amma Bakı, Sumqayıt, Abşerondan rayonlara getməyə icazə yoxdur, müəyyən məhdudiyyətlər hələ qüvvədə qalır. Bu inzibati ərazilərdə tətbiq olunan məhdudiyyətlər hələ bir ay da qüvvədə olacaq. Rayon camaatı elə başa düşməsin ki, sərbəst şəkildə Bakıya gələ biləcək. Əhali nə Bakı, Sumqayıt və Abşerondan digər rayonlara buraxılacaq, nə də digər inzibati ərazilərdə yaşayanlar Bakı, Sumqayıt və Abşerona  buraxılacaqlar”.

Kamran Əliyev qeyd edib ki, yalnız istisna hallarda vətəndaşlar inzibati əraziyə buraxılacaq:  "Məsələn,  xidmət sahələri ilə bağlı ezamiyyətə gedib-gələnlər sərbəst şəkildə hərəkət edə bilər”.



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020