Əsas səhifəMaraqlıİnsana çip taxmaq neçəyə başa gələcək?
PAYLAŞ

İnsana çip taxmaq neçəyə başa gələcək?

Maraqlı 29 Avqust 2020 20:16 1369

Tanınmış amerikalı iş adamı, o cümlədən nevrologiya sahəsində “Neuralink” startapının təsisçisi olan İlon Mask insanlara tibbi məqsədlərlə çip taxmaq barədə danışıb.

Avtoyol.az “Report”-a istinadla xəbər verir ki, “YouTube”dən söylədiyi nitq zamanı Mask həmin əməliyyatın ümumi qiymətini bir neçə min dollar təşkil edəcəyini deyib.

“Neuralink” şirkətində bununla bağlı cərrahiyə əməliyyatını gələcəkdə tam avtomatlaşdıracaqlarına, nəticənin gözə dəyməyəcəyinə ümidvar olduqları da bildirilib.

Qeyd edək ki, “2016-cı ildə yaradılan “Neuralink” Alzheimer sindromu, demans, onurğa beyni zədəsi kimi nevroloji xəstəlikləri müalicə etmək üçün bəızi orqanlara kompüter çipi taxmaq istiqamətində işlər görür.

İ.Mask dünən təqdimat keçirərək iki ay əvvəl donuzun beyninə “Neuralink”in taxdığı çipi tam zərərsiz çıxararaq nümayiş etdirib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020