"Bonduelle" konservləşdirilmiş tərəvəz konserv şirkətinin baş direktoru Jerom Bondüeli avtomobil vuraraq öldürüb.
Bu barədə məlumatı BFM TV telekanalı yayıb.
Hadisə şənbə günü gecə Fransanın Lill şəhərində baş verib. Bondüel həyat yoldaşı və dostları ilə birgə şəhər ətrafında velosiped sürərkən onu maşın vurub. Toqquşmadan sonra sürücü hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn xilasedicilər və həkimlərin səylərinə baxmayaraq, Bondüel aldığı xəsarətlərdən dünyasını dəyişib.
Xatırladaq ki, 50 yaşlı Jerom "Bonduelle" şirkətinin təsisçisi olan Bruno Bondüelin oğlu idi. O, şirkətdə 17 ildən çox müxtəlif vəzifələrdə işləyib.
Qeyd edək ki, "Bonduelle" məhsulları yalnız Fransada deyil, həmçinin bir çox Avropa ölkəsində, Rusiya, Azərbaycan, ABŞ, Kanada və digər ölkələrdə geniş şəkildə təmsil olunur.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər