Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 325,034 milyon manat sığorta haqqı toplanılıb.
Avtoyol.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 3,7% artaraq 142,449 milyon manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 187,808 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 70,75% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,7% azalaraq 35,388 milyon manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-iyul aylarında 38,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,5 manatdan 24,85 manata düşüb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər