Əsas səhifəMaraqlıRusiya Kalaşnikov markalı elektromotosikl istehsal edir
PAYLAŞ

Rusiya Kalaşnikov markalı elektromotosikl istehsal edir

Maraqlı 31 Avqust 2020 06:56 1328

Rusiya istehsalı olan "Kalaşnikov" markalı elektromotosikl "Army-2020" forumunda təqdim edilib.

Avtoyol.az Fins.az-a istinadla xəbər verir ki, eko versiyalı bu elektromotosikl məhdud sayda - 49 nüsxə ilə istehsal ediləcək.

Motosikl hava ilə soyudulan fırçasız DC mühərriklə təchiz olunub və sürəti 90 km/saata çatır. 130 kq ağırlığında, maksimum gücü 15 kVt (təxminən 20 at gücündə) və maksimum 60 Nm fırlanma anına malikdir. Velosiped enerjisi 4 kVt/saat olan litium-ion batareya, hidravlik aktuatorlu havalandırılan əyləc disklərlə təchiz edilib. 

Qiymət barədə hələ dəqiq rəqəm deyilmir, ancaq mənbələr bunun təxminən 1,5 milyon rubla (340 500 AZN) başa gələcəyini söyləyirlər.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020