Rusiya istehsalı olan "Kalaşnikov" markalı elektromotosikl "Army-2020" forumunda təqdim edilib.
Avtoyol.az Fins.az-a istinadla xəbər verir ki, eko versiyalı bu elektromotosikl məhdud sayda - 49 nüsxə ilə istehsal ediləcək.
Motosikl hava ilə soyudulan fırçasız DC mühərriklə təchiz olunub və sürəti 90 km/saata çatır. 130 kq ağırlığında, maksimum gücü 15 kVt (təxminən 20 at gücündə) və maksimum 60 Nm fırlanma anına malikdir. Velosiped enerjisi 4 kVt/saat olan litium-ion batareya, hidravlik aktuatorlu havalandırılan əyləc disklərlə təchiz edilib.
Qiymət barədə hələ dəqiq rəqəm deyilmir, ancaq mənbələr bunun təxminən 1,5 milyon rubla (340 500 AZN) başa gələcəyini söyləyirlər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər