Beyləqanda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü həyatını itirib.
Avtoyol.az xəbər verir ki, bu barədə APA məlumat yayıb. Hadisə zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibli Cəmil Eldar oğlu "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton dirəyə çırpılıb. C.Nəsibli ağır xəsarətlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər