Əsas səhifəÖlkəRayonlara gediş-gəliş bərpa edilə bilər? - DYP-dən AÇIQLAMA
PAYLAŞ

Rayonlara gediş-gəliş bərpa edilə bilər? - DYP-dən AÇIQLAMA

Ölkə 31 Avqust 2020 14:04 1781

Rayonlara gediş-gəlişin bərpa edilməsi ilə bağlı qərarı Nazirlər Kabineti yanında operativ qərargah verəcək. 

Avtoyol.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. K.Əliyev sentyabrın 15-dən etibarən təhsil və təlim prosesinin bərpa olunması ilə əlaqədar regionlardan paytaxta gediş-gəlişə icazə ilə bağlı məsələyə də toxunub: “Ali təhsil müəssisələrində onlayn təhsil nəzərdə tutulub. İbtidai siniflərə əyani təhsilin isə regionlara gediş-gəlişin bərpası ilə əlaqəsinin olmadığını düşünürəm. Çünki, onlar yaşadıqları, qeydiyyatda olduqları mənzillərdədirlər. Ona görə onların məktəbə getməsində problem olmayacaq.

Əgər kimsə xüsusi karantin rejimi tətbiq olunmazdan öncə rayonlara gedibsə, yəqin ki, həmin şəxslərin artıq qayıdıb yaşadıqları yerdə uşaqlarının tədris müəssisələrinə getməsi ilə bağlı hər hansı əlavə tədbirlər barədə məlumat verilər. Biz icraedici orqanıq. Hazırda bu istiqamətdə proqnoz vermək, operativ qərargahın adından fikir səsləndirmək düzgün olmaz. Operativ qərargah bu istiqamətdə yekun qərar verəndə biz də icraçı orqan olaraq həmin qərardan irəli gələn tədbirləri yerinə yetirəcəyik”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020