Əsas səhifəÖlkəYoluxma sayı artdığına görə Binəqədi qapadılır? - TƏBİB-dən açıqlama
PAYLAŞ

Yoluxma sayı artdığına görə Binəqədi qapadılır? - TƏBİB-dən açıqlama

Ölkə 31 Avqust 2020 20:14 2010

Bir neçə gün öncə Şirvan Şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artması səbəbindən lokal qapadılmaya gedildi. Bakıda da daha çox yoluxma Binəqədi rayonunda qeydə alınmaqdadır. Binəqədi rayonunda da lokal qapadılmaya gedilə bilərmi? Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq, yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcəkdir.

Avtoyol.az  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, ölkə üzrə epidemioloji vəziyyətə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətindədir:

"Biz Şirvan şəhərində xəstəliyin artma intensivliyinin xəstəxanadan qaynaqlandığını görəndən sonra Operativ Qərargaha təklif verdik. Operativ Qərargah tərəfindən də həmin xəstəxanaların dezinfeksiya işlərinə görə müvəqqəti bağlanılması ilə bağlı qərar verildi. Amma Bakı şəhərində hər hansı ərazidə artma-azalma məsələlərinə görə oranın bağlanılması qərarı TƏBİB tərəfindən verilməyəcək. TƏBİB sadəcə xəstəxanalara cavabdehdir. Məhz ona görə də xəstəxanalarla bağlı təklifini verib. Bununla bağlı da lokal qapadılmalara gedilib. Amma hər hansı bir ərazinin bağlanılması qərarını Səhiyyə Nazirliyi verə bilər. Çünki Bakı şəhəri və ümumilikdə ölkə üzə epidemioloji vəziyyətə nəzarət Səhiyyə Nazirliyi tərəfindən aparılır"


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020