Bakının "Nizami", "Elmlər Akademiyası" və "İçərişəhər" metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişin daşınması üçün əlavə avtobuslar xəttə verilir.
Avtoyol.az xəbər verir ki, bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, səhər və axşam - pik saatlarda sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə xəttə əlavə avtobuslar cəlb edilir.
Axşam pik saatlarında metronun "Nizami", "Elmlər Akademiyası" və "İçərişəhər" metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik "BakuBus" avtobusları xidmətə buraxılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər