Əsas səhifəİqtisadiSığorta haqlarının 76%-i 5 şirkətin kassasına daxil olur
PAYLAŞ

Sığorta haqlarının 76%-i 5 şirkətin kassasına daxil olur

İqtisadi 31 Avqust 2020 21:33 1768

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 467 milyon 483 miln manat sığorta haqqının 353 milyon 925 min manatı və yaxud 75,7%-i 5 sığorta şirkətinin payına düşüb.

Avtoyol.az marja.az-a istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (157 milyon 504 min manat), "PAŞA Sığorta" (109 milyon 92 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 41 milyon 58 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (24 milyon 962 min manat) və "Qala Sığorta" (20 milyon 481 min manat) ASC-lərdir.

7 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (822 min manat) və "Bakı Sığorta” (920 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 747 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 111 milyon 811 min manat (23,9%) təşkil edib.

Sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 223 milyon 196 min manat sığorta ödənişinin 190 milyon 134 min manatı və yaxud 85,2%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (117 milyon 74 min manat), "PAŞA Sığorta" (34 milyon 843 min manat), "Atəşgah Həyat Sığorta" (19 milyon 695 min manat), “Xalq Sığorta” (9 milyon 393 min manat) və "Atəşgah Sığorta" (9 milyon 129 min manat) ASC-lərdir.

7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (8 min manat), "Bakı Sığorta" (157 min manat), "Rəvan Sığorta" (256 min manat) və “Amrah Sığorta” (475 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 896 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 32,166 milyon manat (14,4%) təşkil edib.

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2369

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020