Əsas səhifəAvtomobil YollarıTaksi xidmətində vahid tarif: Rəqabətin sonu, yoxsa yüksək keyfiyyət?
PAYLAŞ

Taksi xidmətində vahid tarif: Rəqabətin sonu, yoxsa yüksək keyfiyyət?

Avtomobil Yolları 01 Sentyabr 2020 08:51 1919

"Vahid tarif çərçivəsində taksi xidmətlərinin həyata keçirilməsi reallaşır”.

Avtoyol.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, apardıqları tədqiqatlar taksi xidmətinin keyfiyyətinin yüksək olmadığını göstərir:

"Çox təəssüf ki, biz son illər bu sektorda xidmətin keyfiyyətinin artmasını müşahidə etməmişik. Baxmayaraq ki, sektorda fəaliyyət göstərən şirkətlətin sayında artımlar var, amma bu şirkətlərin sayının artması xidmətin keyfiyyətinin artmasına gətirib çıxartmır. Hətta pandemiya dövründə də belə bir sıra hallarda taksi sürücülərinin koronavirusa yoluxması ilə yanaşı, bir sıra hallarda qaydalara əməl etməməsi də müşahidə olunur. Məsələn, tibbi maskalardan istifadə etməməsi kimi hallar var. Xidmət keyfiyyətinin artırılması ilə bağlı standartların olması məqsədəuyğun olardı. Vahid tariflərin tətbiq olunmasına gəldikdə isə bildiyimiz kimi, bu praktika bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən  qonşu Türkiyədə var. Vahid tarif çərçivəsində taksi  xidmətlərinin həyata keçirilməsi reallaşır. Hələlik tariflər elan olunmadığı üçün konkret tariflərin müzakirəsi mümkün deyil. Amma bizim təklifimizə görə, tariflər elə müəyyənləşməlidir ki, bir tərəfdən sərnişinlər, yəni müştərilər üçün maliyyə ağırlığı yaratmasın, sərnişinlərin ödmə qabiliyyətinə uyğun olsun, eyni zamanda bu, imkan versin ki, taksi şirkətləri gəlir əldə edə bilsinlər, bu sektorda gəlirliyi artırmaq mümkün olsun. Bu baxımdan vahid tariflər müəyyənləşəcəksə, bunun optimal tariflər formasında tətbiqi məqsədəuyğun olardı”. 

İqtisadçı ekspert Samir Əliyev vahid tarif çərçivəsində taksi xidmətlərinin fəaliyyətinin bu sektorda rəqabət mühitini pozacağını və monopoliyaya gətirib cıxaracağını vurğulayıb:

"Bu gün Azərbaycanda çox az sahə mövcuddur ki, orada güclü rəqabət var. 5-6 il bundan öncə Azərbaycanda taksilərin qiyməti baha idi. Ən ucuz məsafə 5 manatdan başlayırdı. Ondan sonra  benzinin qiymətində artım oldu. Amma bu artıma rəğmən, taksilərin qiymətində azalma başladı. Həmin vaxt 5 manata getdiyimiz məsafəni bu gün 2-3 manata gedirik. Bu sərt rəqabətin nəticəsidir. Sonra çoxlu şirkətlər yarandı və müasir texnologiyalı mobil telefon üzərindən şirkətlər fəaliyyətə başladı. Bu şirkətlərin hesabına rəqabətlər yarandı. Fərdi taksi fəaliyyəti isə bahadır. Göründüyü kimi, bu sahədə vahid bir tarif tətbiq ediləcək. Biz bir tərəfdən deyirik ki, Azərbaycan iqtisadiyyatı liberallaşdırılmalı, dövlət getdikçə iqtisadiyyatdan geri çəkilməlidir. Bunun fonunda biz yenidən rəqabət olan, bazar tənzimləyən taksi ximətini dövlət tərəfindən tənzimlənən qiymətlərə gətirsək, bu, arzu olunmayan nəticələrə gətirib çaxaracaq. Kiçik şirkətlər sıradan çıxacaq. Böyük şirkətlər, hansı ki, dövlət tərəfindən bu şirkətlərə dəstək var, məsələn, Bakı Taksi Xidməti, bu kimi şirkətlər qalacaq, yerdə qalan kiçik şirkətlər isə sıradan çıxacaq. Bu, bazarda rəqabət mühitini pozacaq. Taarif Şurası qiymətləri qaldıracaq, bu da qiymət artımına gətirib çıxardacaq. Bu gün çoxlu sayda işsiz vətəndaşlar taksi xidməti ilə məşğuldur. Bu, onlara böyük zərbə olacaq. Həm də taksi xidmətindən qazanılan gəlirlər uçotdan kənarda qalacaq. Bu addımı neqativ qiymətləndirirəm. Hesab edirəm ki, bu addım taksi sektorunda rəqabət mühitini pozacaq və monopoliyaya gətirib cıxaracaq”.



MƏNBƏ: qaynarinfo.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020