Tıxac zamanı minik avtomobilinin iki yük maşınının arasında qalmanın necə təhlükəli olması ilə bağlı “Qəza test”i keçirilib. Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki,"Qəza test"i “Dekra” şirkətinin test mərkəzində qeydə alınıb.
Kadrlarda, minik avtomobilinin yük maşınlarından birinin arxasında dayandığı, digər TIR-ın isə 80 km/s-la hərəkət etdiyi və qarşısındakı nəqliyyat vasitəsini gördükdə əyləcə sıxaraq bu sürəti 43 km/saata saldığı görülür.
Bu zaman zərbənin təsirindən minik avtomobili önündə dayanan yük maşının altına girir. Bununla da, belə vəziyyətin necə təhlükəli olduğu gözlər önünə sərir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər