Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryol körpüsünün söküntü işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, nəticədə körpünün aşırım tirləri tam olaraq demontaj edilərək ərazidən daşınıb: “Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmiryol körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib”.
Qeyd edilib ki, mövcud dəmiryol körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmiryol körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər