Yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Avtoyol.az xəbər verir ki, hadisə sentyabrın 1-də səhər saatlarında Kolumbiyanın mərkəzində Puerto-Lopes bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “LaFM” radiostansiyası məlumat yayıb.
Məlumata görə, fumiqasiya keçirən təyyarə havaya qalxdıqdan bir neçə dəqiqədən sonra, hələlik məlum olmayan səbəblərdən qəzaya düşüb.
Bildirilir ki, hadisə zamanı pilot xəsarətlər alıb və o, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər