Əsas səhifəMaraqlıİlk dəfə süni intellektli qatarların sınaqları başlandı
PAYLAŞ

İlk dəfə süni intellektli qatarların sınaqları başlandı

Maraqlı 02 Sentyabr 2020 09:55 1549

"Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyəti süni intellektli qatarların yoxlanılmasına başlayıb.

Avtoyol.az xəbər verir ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Dünyada ilk dəfə tətbiq edilən bu yenilik insan amillərinə görə qəzaların sayını minimuma endirmək üçün hazırlanıb.

Agentliyin məlumatına görə, artıq 10 təcrübəli lokomotiv yaradılıb. Bu lokomotivlər texniki görmənin köməyi ilə dəmir yolunda obyektləri aşkar edə bilərlər. Kompleks süni intellektdən istifadə edərək vəziyyəti qiymətləndirə, maşinistə təhlükə haqqında xəbərdarlıq siqnallarını verə, onun reaksiyası olmadıqda lazımi qərarları qəbul edə biləcək.

Sınaqların başa çatdırılması və sənaye istehsalatına icazənin alınması 2020-ci ilin payızında planlaşdırılır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020