Ölkəmizdə karantin yalnız ÜST-ün məsələ ilə bağlı raport verdiyi zaman tam ləğv oluna bilər.
Avtoyol.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla karantin rejiminin tam ləğvi ilə bağlı müzakirələr haqda danışarkən deyib. O bildirib ki, hazırda sərt karantin rejiminin tədricən yumşaldılmasını müşahidə edirik:
“Amma qapalı məkanlarda tibbi maskanın istifadəsi və insanların sıxlığı müşahidə olunan yerlərdə sosial məsafənin qorunması kimi karantin davranış qaydaları qalmaqdadır. Ümumilikdə isə karantin ÜST-ün infeksiyanın yekunlaşmasını elan edəcəyi təqdirdə tam ləğv oluna bilər”.
A.Qeybulla deyib ki, müxtəlif ölkələrdə tətbiq edilən sərt karantin rejiminin nəticələri ortadadır:
“Bizdə də sərt karantin tətbiq olundu və bəhrəsini gördük. Amma qaydalara əməl etməliyik, əks halda yenidən sərt karantinlə üzləşə bilərik”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər