Əsas səhifəÖlkəLondon taksiləri üçün Bakıda yeni elektrik doldurma stansiyalarının quraşdırılması planlaşdırılır
PAYLAŞ

London taksiləri üçün Bakıda yeni elektrik doldurma stansiyalarının quraşdırılması planlaşdırılır

Ölkə 02 Sentyabr 2020 11:44 1959

Bakıya gətirilən yeni London taksiləri üçün də elektrik doldurma stansiyalarının quraşdırılması planlaşdırılır. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Avtoyol.az xəbər verir ki, stansiyaların quraşdırılacağı yer “Bakı Taksi Xidməti” MMC-nin parkı və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisidir:

"Hal-hazırda 50 ədəd yeni “LEVC TX” modelli taksi istifadəyə verilib. Avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində və “Azpetrol” yanacaqdoldurma məntəqələrində mövcud olan elektrik doldurma stansiyalarında, eyni zamanda, ev şəraitində də elektriklə təmin edilə bilərlər. Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC-nin parkında və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində də elektrik stansiyalarının quraşdırılması planlaşdırılır".

Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi smart konfiqurasiyalıdır və 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir. 


MƏNBƏ: Trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020