Bakı Nəqliyyat Agentliyi üçün hazırda əsas məsələ daha çox avtobusun “BakıKart”a inteqrasiya olunmasını təmin etməkdir.
“BakıKart”ın onlayn şəkildə yüklənməsi istiqamətində işlər aparılır. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. M.Ağayev qeyd edib ki, hazırda əsas məsələ daha çox avtobusun “BakıKart”a inteqrasiya olunmasını təmin etməkdir: "Sonrakı mərhələdə kartların balansını onlayn artırmaq mümkün olacaq. Sadəcə pandemiya səbəbindən bu məsələlər gecikir”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər