Əsas səhifəXariciMühafizəçi işlədiyi bankın avtomobilini qaçırdı; içərisində külli miqdarda pulla
PAYLAŞ

Mühafizəçi işlədiyi bankın avtomobilini qaçırdı; içərisində külli miqdarda pulla

Xarici 02 Sentyabr 2020 14:03 1507

İşlədiyi bankın, pulla dolu olan xüsusi maşınını qaçıran şəxs yaxalanıb.

Avtoyol.az avtosfer.az-a istinadla xəbər verir ki, baş verən hadisənin görüntülər təhlükəsizlik kamerasına düşüb.

Hadisə Kırımda qeydə alınıb.

Kadrlarda, yanacaqdoldurma məntəqəsinə inkassatorun yaxınlaşaraq dayandığı və salonundan mühafizəçinin enərək mağazaya doğru hərəkət etdiyi görülür.

Bundan sonra maşında qalan digər mühafizəçi sürücü isə, içərisində külli miqdarda pul olan inkassatorla məntəqədən uzaqlaşır. Mağazadan pulları götürən mühafizəçi isə qayıdır, ancaq orada nə maşın tapır nə də ki, sürücünü.

Bildirilir ki, mühafizəçi daha sonra polisə məlumat verib və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları əməkdaşları, bankın avtomobilini hadisə yerindən 1,5 kilometr kənarda aşkarlayıblar.

40 milyon rublu (924,000) götürüb qaçan cinayətkar, “Toyota” markalı avtomobili ilə yarımadanı tərk etmək istəyərkən, Kerç şəhərində polis tərəfindən saxlanılıb.

https://www.youtube.com/watch?v=FNQcH1-MK0Y

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020